. Tədbirdə Mərkəzi Şəhər Məscidinin Axundu Hacı Adıgözəl, 1, 5, 4 saylı orta məktəblərin müəllim və şagird heyəti, İmişli şəhər Mərkəzi Kitabxanası, Qaralar kənd kitabxanası, “Araz” HTİB, İmişli İcma Məlumat Mərkəzinin istifadəçiləri və jurnalistlər də daxil olmaqla 44 nəfər iştirak edirdi ki, bunlardan 28 nəfəri qadınlar idi.
Axund iştirakçıları salamlayaraq qeyd etdi ki, Qurani-Kərim İslam dininin müqəddəs kitabıdır. Bu müqəddəs kitabda Allahın kəlamları toplanmışdır. Quran bir nurdur. Bu nur kimlərinsə gözlərini açar, kimilərinsə gözlərini kor edər: Bu kitabda insanın yaranışından ölənə qədər bütün yaş mərhələlərinə aid davranış qaydaları, cəmiyyətdə ətrafdakılara xoş münasibət tövsiyə olunur. O cümlədən ən yüksək əxlaqi dəyərlər də bu kitabda öz əksini tapır. “İslam əxlaqı” barədə söz açmazdan əvvəl gəlin görək əxlaq özü nədir?
Əxlaq xülq sözünün cəmidir.
Xülq insanın daxili xüsusiyyətləri, xəlq isə zahiri forma deməkdir. İnsanlarda müşahidə olunan hər bir əməl, daxili keyfiyyət, hərəkət əxlaq və əxlaqi rəftar adlanır.
Xəlq və xülq sözləri ərəb məşəli olub, eyni kökdən götürülmüşdür, lakin məna etibarı ilə bu sözlər bir-birindən fərqlənirlər.
Əxlaq alimləri insanın nəfsani sifətlərini iki hissəyə bölmüşlər:
Təbii sifətlər insanın nəfsani qüvvəsində təbii olaraq yaradılmış keyfiyyətlərdir. Onları əldə etməkdə iradənin və əməlin heç bir rolu yoxdur. Məsələn, maraq hissi, haqsevərlik, ədalətsevərlik, başıucalıq və alnıaçıqlıq, şəxsiyyət və müstəqillik, azadlıq və azadəlik, daimilik və kamillik, ağıl, şəhvət, qəzəb və bu kimi daxili hissləri misal göstərmək olar. İnsanın daxili xüsusiyyətlərindən hesab edilən belə hisslər əslində ona əta olunmuş, onun zati və nəfsani qüvvəsi mərhələsində insanı başqa canlılardan ayıran bir imtiyazdır.
“O gün ki, nə mal-dövlət, nə də övlad fayda verər! Ancaq sağlam (təmiz, daxildə şəkk-şübhəyə, küfrə, şirkə və nifaqa yer olmayan) bir qəlblə Allahın hüzuruna gələn kimsədən (möminlərdən) başqa!”(Şüəra-88, 89)
Sonra o, İslam əxlaqı barədə geniş açıqlama və məlumat verdi. O, bildirdi ki, islam dini, əxlaqlı olmağı, insanlara xüsusilə qadınlara hörmətlə yanaşmağı öyrədir.
Növbəti çıxışda 5 nömrəli məktəbin müəllimi İdris Nəsirov indiki cəmiyyətimizdə qadınların üzləşdiyi problemlər, çətinliklər və onların həlli yolları barədə məlumat verdi.
Sonra isə Axund iştirakçıların mübahisəli suallarına aydınlıq gətirdi.
Hiç yorum yok:
Yorum Gönder