27 Nisan 2011 Çarşamba

İmişli İcma Məlumat Mərkəzində Pullu Proqramların Pulsuz Alternativləri Mövzusunda Tədbir Keçirildi



26 aprel 2011-ci il tarixində İmişli İcma Məlumat Mərkəzində, Pullu Proqramların Pulsuz Alternativləri mövzusunda təlim keçirildi.
Təlimdə yerli QHT nümayəndələri, mərkəz istifadəçiləri və kitabxana işçiləri olmaqla 
23 nəfər iştirak edirdi. Tədbiri giriş sözü ilə açan Mərkəz Administratoru Əbülfət Zeynallı pullu proqramlara alternativlər haqqında danışdı. Daha sonra isə sözü İREX təşkilatının Mərkəzi Ofisin nümayəndəsi 
Əli Novruzova verdi. Tədbirdə çıxış edən Əli Novruzov ilk öncə Pulsuz alternativlər haqqında geniş məlumat verdi və bəzi proqramların adın qeyd etdi. Ofis proqramalarına alternativ olaraq isə ödənişsiz Open Office proqramını və Google Docs internet xidmətini göstərdi. 

Daha sonra isə iştirakçıların sualları cavablandırıldı.

Hiç yorum yok:

Yorum Gönder