09 fevral 2011-ci il tarixdə İmişli İcma Məlumat Mərkəzində “Bələdiyyələrin fəaliyyətində gənclərin rolu” mövzusunda seminar tədbiri keçirildi.
Tədbirdə İmişli şəhər bələdiyyəsinin, “RƏMZİ” Gənclər Bələdiyyəsinin, İmişli Təhsil Şöbəsinin, Cəfərli kənd bələdiyyəsinin, “ARAZ” HTİB-in, “İNKİŞAF 2006” QHT-nin nümayəndələri, İmişli İcma Məlumat Mərkəzinin istifadəçiləri olmaqla 33 nəfər iştirak edirdi.

Növbəti çıxışda “İNKİŞAF 2006” Təşkilatının icraçı direktoru Füzulu Abıyev Yerli Bələdiyyələri gənclərin də təkliflərini nəzərə almağa çağıraraq qeyd etdi ki, gənclər bizim gələcəyimizdir. Biz istəsək də, istəməsək də gələcək onlarındır. Yaxşı olar ki, biz indidən onları müstəqil fəaliyyətə hazırlayaq. Daha sonra Təhsil Şöbəsinin nümayəndəsi inspektoru Əlsalam Həsənov, İmişli Əhalinin Sosial Müdafiəsi İdarəsinin nümayəndəsi Mehdi Əhmədov, Cəfərli kənd bələdiyyəsinin üzvü Əlizadə Muğan çıxış edərək gəncləri bələdiyyələrin fəaliyyətində yaxından iştirak etməyə çağırdı.
Tədbirin sonunda İmişli İcma Məlumat Mərkəzinin administratoru Əbülfət Zeynallı tədbirdə iştirak edənlərə bir daha təşəkkür edərək iştirakçıları maraqlandıran suallara cavab verdi. Öz növbəsində iştirakçılar da mövzunun bu günümüz üçün çox aktual olduğunu bildirərək İmişli İcma Məlumat Mərkəzinə, İREX/Azərbaycan təşkilatına öz minnətdarlıqlarını bildirdilər.
Hiç yorum yok:
Yorum Gönder