17 Mayıs 2011 Salı

Müasir ailə necə olmalıdır?

13 may 2011-ci il tarixində İmişli İcma Məlumat Mərkəzində  “Müasir ailə necə olmalıdır?” mövzusunda tədbir keçirildi.
Tədbirə İmişli rayon 5 saylı orta məktəbin ədəbiyyat müəllimi Nəsirov İdris  və İmişli rayon 6 saylı məktəbin ədəbiyyat müəllimi Kənan Şahpələngov dəvət edilmişdi. Tədbiri giriş sözü ilə Mərkəz Administratoru Əbülfət Zeynallı açdı. Ailə haqqında gənclərə ümumi məlumat verdikdən sonra, Əbülfət müəllim sözü İdris müəllimə verdi. İdris müəllim ailənin insan həyatındakı əvəzsiz rolundan, ailə qurmaq üçün necə seçim edilməli olduğundan danışdı. O, real həyatdan misallar göstərərək “keçmiş ailə”lərlə “müasir ailə” anlayışlarını müqayisə etdi və bu günki ailələrin müsbət və mənfi cəhətlərindən danışdı. İdris müəllim bu günün “müasir” ailələrinin pis cəhətlərindən danışaraq qeyd etdi ki, ailə kiçik bir dövlətdir və ilk növbədə onu quranlar tərəfindən qorunmalıdır. Ailəyə daxil olan fərdlər bir birini başa düşməli və güzəştə getməli olduqlarını qeyd edən İdris müəllim həm də, erkən nikaha qarşı olduğunu da vurğuladı. Kənan müəllim isə geniş şəkildə erkən nigahdan yaranan fəsadlardan danışdı və bunun ailənin dağılmasına səbəb olan amillərdən olduğunu vurğuladı.
Tədbirdə çıxış edən  İmişli rayon MKS-nin əməkdaşə Quluyeva Qətibə qeyd etdi ki, həyat yoldaşı seçimində qızlar daha çox diqqətli olmalıdır. İslam dini kişilərlə ünsiyyət təcrübəsi olmayan qızların hissə qapılacağını nəzərə alaraq ərə gedərkən onların atalarından razılıq almalarını zəruri buyurmuşdur. Əlbəttə ki, qızların da razılığı olmadan onları ərə vermək olmaz. Ailə təşkilində son qərar zövcələrin ixtiyarındadır. Oğlan və qızın razılığı yoxdursa, izdivac düzgün deyil. Ata da öz növbəsində qızının xeyrini nəzərə almalı, məsləhətsiz qərar çıxarmamalıdır.
Oğlan və qızın, xüsusi ilə qızın məcbur edildiyi izdivacın sonu yaxşılıqla bitmir. Araşdırmalar göstərir ki, hələ də cəmiyyətimizdə, hətta şəhərlərdə gənclər izdivaca məcbur edilir və məcburi ərə verilən qadınların sayı məcburi evləndirilən kişilərin sayından çoxdur.”
Tədbirə 12 qız, 8 oğlan və 5 kitabxana işçisi olmaqla 25 nəfər iştirak edirdi. Tədbir qarşılıqlı diskussiya ilə keçdi

Hiç yorum yok:

Yorum Gönder