12 Mayıs 2011 Perşembe

İmişli İcma Məlumat Mərkəzində "Gənclik və Ədəbiyyat" mövzusunda tədnir keçirildi

11 may 2011 ci il tarixində İmişli İcma Məlumat Mərkəzində “Gənclərdə vətənpərvərlik ruhunun aşlanmasında ədəbiyyatın rolu” mövzusunda tədbir keçirildi.
Tədbirdə müxtəlif təbəqələrdən 18 nəfər iştirak etdi. Tədbiri giriş sözü ilə Mərkəz Administratoru Əbülfət Zeynallı açdı və sonra sözü İmişli rayon 6 saylı orta məktəbin ədəbiyyat müəllimi KənanŞahpələngova verdi.
Kənan müəllim bu günki ədəbiyyatın həyatımızdakı rolundan, ədəbiyyatın gerçək həyata təsirindən, ədəbiyyatla həyatımızın əlaqəsindən danışdı. Bu gün gənclərin çox az bir hissəsinin bədii ədəbiyyatla maraqlandığını, kitab oxuyanların çox az olduğunu dedi. Gənclərin bədii əsərlərləaz maraqlandığını, oxuyanda isə çox vaxt elektron kitablara üstünlük verdiyini, kitablara marağın az olduğunu qeyd etdi. Bununla yanaşı kitab oxumağın faydalarını, bədii əsərlərin yalnız incəsənət nümunəsi deyil, həm də ədəb, tərbiyə qaynağı olduğunu, günlük danışığımıza bədii əsərlərin nə qədər faydalı təsiri olduğunu da qeyd etdi. Kənan  müəllim onu da qeyd etdi ki, ədəbiyyat heçdə müharibəni dayandırmaq və ya onun nəticəsini dəyişmək gücünə sahib deyil, əgər belə olsaydı Lev Tolstoyun “Hərb və Sülh”
əsərindən sonra ikinci dünya müharibəsi olmazdı. Halbuki ona qədər çox müharibələr olub. Yəni bizim nə etməyimizdən asılı olmayaraq, ədəbiyyatın müharibə məsələsinə gücü çatmır. Bununla belə, düşünürəm ki, bizim hərbi-vətənpərvərlik mövzusunda gözəl əsərlərimiz yaranacaq və məncə gəncləri vətənpərvər ruhda tərbiyə edərək, müharibəyə kifayət qədər təsir edə bilərik və ya onu dayandıra bilərik. Ancaq təkcə ədəbiyyatla, kitablarla bu işi həll eləmək olmaz, televiziya filmləri və bədii filmlər də bu işdə ədəbiyyata öz köməkliyin göstərməlidi.Tədbir qarşılıqlı diskussiya şəklində  keçdi.







Hiç yorum yok:

Yorum Gönder