13 yanvar 2010-cu il tarixdə İmişli rayon Təhsil Şöbəsində IREX-Azərbaycan təşkilatı Yeni Media Layihəsinin həyata keçirdiyi “Məktəb Şagirdlərinin Tədqiqat Layihəsi”nin təqdimatı keçirilmışdir.
Təqdimatda İREX-Azərbaycan təşkilatının Bakı ofisinin nümayəndəsi, Layihə rəhbəri Amaliya xanım Şirinova, İmişli İcma Məlumat Mərkəzinin administratoru Əbülfəz Zeynallı və 60-a yaxın məktəb direktoru, müəllim heyəti iştirak edirdi.
Təqdimatda İREX-Azərbaycan təşkilatının Bakı ofisinin nümayəndəsi, Layihə rəhbəri Amaliya xanım Şirinova, İmişli İcma Məlumat Mərkəzinin administratoru Əbülfəz Zeynallı və 60-a yaxın məktəb direktoru, müəllim heyəti iştirak edirdi.
Tədbirdə çıxış edən Amaliya xanım qeyd edildi ki, layihənin məqsədi Azərbaycanın bölgələrindəki orta məktəb şagirdlərinə internetdən pulsuz istifadə etmək üçün imkanları təqdim etmək və onların tədqiqat işi aparmaq qabiliyyətlərinin inkişafına yardım göstərmək, orta məktəb şagirdlərinin intellektual səviyyələrinin artırılması üçün imkanlar yaratmaqdır. O həmçinin ötən il həyata keçirilən layihənin yekunları, qalibləri barədə iştirakçılara geniş məlumat verdi. Bundan sonra Amaliya xanım 2010-2011-ci təqvim ilində keçiriləcək müsabiqənin mərhələləri barədə məlumat verərək bildirdi ki, layihə orta məktəblərin 9-11-ci sinif şagirdləri arasında keçirilir və yalnız Azərbaycana aid olmaqla əsasən tarix, coğrafiya, ictimaiyyət, insan və cəmiyyət, ədəbiyyat, iqtisadiyyat sahələrini əhatə edir. Layihə müddətində hər bir bölgədən 4-5 ən yaxşı tədqiqat işi seçilərək yerli İcma Məlumat Mərkəzinin administratorlarının köməyi ilə IREX-in Bakıdakı baş ofisinə göndərilir. IREX tədqiqat işlərinin qiymətləndirilməsi üçün komissiya yaradır. Komissiya tədqiqat işlərini qiymətləndirir və hər bir bölgədən bir ən yaxşı tədqiqat işi müəyyən edilir.
Bundan sonra Amaliya xanim və Əbülfət müəllim iştirakçıları maraqlandıran sualları cavablandırdı və iştirakçılara layihə barədə braşuralar payladı.
Hiç yorum yok:
Yorum Gönder