28 Aralık 2010 Salı

İmişlidə gənclər meydana toplaşdı.



  28 dekabr 2010-cu il tarixində İmişli şəhər İmişli İcma Məlumat Mərkəzi Təhsildə Repititsiya" mövzusunda "Meydan" tədbir keçirildi.
Tədbirdə məqsəd bu gün təhsilimizdə gedən islahatlardan söhbət açmaq və tədbir iştirakçılarının "Repititsiya" barədə fikir və narazıçılığlarını öyrənmək idi. Tədbirdə 20 Təşkiltadan 27-dən çox şəxs iştirak edirdi ki, bunun da 16-sını Qadınlar təşkil edirdi. Tədbiri İmişli İcma Məlumat Mərkəzinin administratoru Əbülfət Zeynallı açdı və tədbirin məqsədi barədə açıqlama verdi.

Söhbəti İmişli Şəhər 5 saylı orta məktəbin Dil-Ədəbiyyat müəllimi Nəsirov İdris davam etdirərək, "Təhsildə Repititsiya"-nın mənfi və müsbət cəhətlərindən danışdı. Sonra tədbirin digər iştirakçıları öz fikirlərini bildirdilər.
Tədbirdə növbəti meydan görüşü üçün iştirakçılar tərəfindən təklif olunan mövzular arasından “Erkən nigahın törətdiyi fəsadlar” mövzusu seçıldı. Qeyd edək ki, hər ay təşkil olunması nəzərdə tutulan "Meydan" istifadəçilərin maariflənməsi, onların ictimai fəallığını artırılmasına xidmət edən bir tədbirdir.
PS: istənilən şəxs "Meydan" təbirində könüllü şəkildə iştirak edə bilər.

Hiç yorum yok:

Yorum Gönder